Accessibility links

Uşaq Haqları Konvensiyasının 20 yaşı tamam olur


Uşaqların hüquqlarının müdafiəsinə dair sazişin 20-ci ildönümünü qeyd edilir. BMT-nin uşaq fondu UNİSEF-in hesabatında deyilir ki, 1989-cu ildə qəbul edilən saziş iki ölkədən başqa bütün üzvlər tərəfindən ratifikasiya edilib. Bu ölkələr Somali və Amerika Birləşmiş Ştatlarıdır.

UNİSEF bildirir ki, Uşaq Haqları Konvensiyası beş yaşından aşağı uşaqlar arasında illik ölüm göstəricilərinin 28 faiz azalmasına xidmət edib. Sənəddə 70 ölkədə uşaq əməyinin istismarı və uşaqların hərbi mükəlləfiyyətinin aradan qaldırıldığı bildirilir.

UNİSEF bütün bu inkişaflarla yanaşı, dünya boyu iki milyon uşağın normal qidalanmadığını və yüz minlərlə uşağın zorakılıqlara məruz qaldığını bildirir.

XS
SM
MD
LG