Accessibility links

Britaniyada intensiv yağışlar güclü daşqınlara səbəb olub


Böyük Britaniya polisi İngiltərənin şimal-qərbində baş vermiş güclü daşqınların ardınca itkin düşən polis zabitini axtarırlar. Kumbria polisi deyir ki, zabit bu gün səhər Vorkinqtonda körpü dağılandan sonra itkin düşüb. Rəsmilərin sözlərinə görə, günlərlə davam edən yağışlardan sonra vəziyyətin olduqca təhlükəli hesab edildiyi Vorkinqtonda iki körpü dağılıb. Bu gün səhər Kokermausdan 200-ə yaxın adam evakuasiya olunub. Britaniyanın Krallıq Hava Qüvvələrinin vertolyotları insanları xilas etmək üçün fəaliyyətə keçib.
XS
SM
MD
LG