Accessibility links

Nidal Həsənin bu gün ilk məhkəmə dinləməsi keçirilir


13 adamın ölümündə ittiham edilən ordu həkimi, mayor Nidal Həsənin xəstəxana palatasında bu gün ilk məhkəmə dinləməsi keçirilir. Noyabr ayının 5-də həyata keçirdiyi hücum zamanı Həsənin özü də yaralanmışdı.

Nidal Həsənin vəkilləri onun beldən aşağı iflic olduğunu və xəstəxana şəraitində saxlanmasının vacibliyini deyirlər. Bugünkü dinləmə məhkəmə prosesinin başlanmasından əvvəl onun həbsxanaya köçürülməsi ilə bağlıdır.

Bu arada, Washington Post qəzetində dərc edilən məqalədə Həsənlə yəmənli radikal ruhani Ənvər Əl-Aulagi arasında e-mail yazışmalarının hücum baş verən ay çoxaldığı bildirilir.


XS
SM
MD
LG