Accessibility links

İsrail lideri Misirdə prezident Hüsni Mübarəklə görüşüb


İsrail prezidenti Şimon Peres İsrailin işğal edilmiş ərazilərdə yəhudi yaşayış məntəqələrinin inşası planını ikinci dərəcəli məsələ adlandıraraq deyib ki, bu, yanlış səbəbə görə mərkəzi məsələyə çevrilib. O, bu bəyanatı Qahirədə Misirli həmkarı Hüsni Mübarəklə birgə keçirdiyi mətbuat konfransında verib. Cənab Peres və cənab Mübarək Yaxın Şərq sülh prosesini müzakirə etmək üçün görüşüblər. Misir İsrail-Fələstin münaqişəsində başlıca vasitəçilərdən biridir. Prezident Mübarək müxbirlərə deyib ki, İsrail 1967-ci il müharibəsində işğal etdiyi ərazilərdə yəhudi yaşayış məntəqələrinin inşasını mütləq dayandırmalıdır. Cənab Peres yaşayış məntəqələrin inşası ilə bağlı mübahisənin danışıqlar vasitəsilə çözülə biləcəyinə inandığını bildrib. Fələstin İdarəsinin prezidenti Mahmud Abbas isə deyib ki, yəhudi yaşayış məntəqələrinnin inşası dayanmayınca İsraillə danışıqlara daxil olmayacaq.
XS
SM
MD
LG