Accessibility links

İraq parlamenti seçki qanunu üzərində razılığa gələ bilməyib


İraq parlamenti yanvarda keçirilməsi nəzərdə tutulan seçkilər ərəfəsində mühüm seçki qanununun qəbul edilməsi üzərində yenidən razılığa gələ bilməyib. Qanunvericilər danışıqları bazar günü davam etdirmiş, lakin bir nəticə əldə edə bilməmişlər. Parlamentin spiker müavini Xalid əl Atiya məsələyə sabah yenidən baxılacağını bildirib. İraqın sünni vitse prezidenti Tariq əl Haşimi ötən həftə parlamentin təsdiq etdiyi qanuna veto qoydu. O, xaricdə yaşayan və əksəriyyəti sünni olan iraqlılara daha çox təmsilçilik verilməsini istəyir. Vetonun ardınca İraqın seçki komissiyası səsverməyə hazırlıqları dayandırıb.
XS
SM
MD
LG