Accessibility links

İranın sabiq daxili işlər naziri vəfat edib


İranın sabiq daxili işlər naziri Əli Kordan bu gün 51 yaşında dünyasını dəyişib. O, nazir ikən Oksford universitetində doktorluq dərəcəsi aldığına dair yalanına görə, parlament tərəfindən vəfizəsindən kənarlaşdırılmışdı. İranın dövlət nəzarətində olan xəbər agentliyi Press TV-nin bildirdiyinə görə, Kordan dünən Tehran xəstəxanasında qan xərçəngindən vəfat edib. Agentliyin məlumatına görə, Kordana donuz qripi diaqnozu ilə xəstəxanaya aparıldıqdan sonra onun vəziyyəti ağırlaşmışdı. Kordan 2008-ci ilin avqust ayında daxili işlər naziri vəzifəsinə təyin edilmişdi. 3 aydan sonra isə parlament tərəfindən işindən kənarlaşdırılmışdı. Universitet rəsmiləri Kordanın hüquqşünaslıq sahəsində doktorluq dərəcəsi aldığını inkar edib.
XS
SM
MD
LG