Accessibility links

Mahmud Əhmədinejad bu gün Rio De-Janeiroda Braziliya prezidenti Luiz İnaçio Lula Da Silva ilə görüşür


İran prezidenti Mahmud Əhmədinejad bu gün Rio De-Janeiroda Braziliya prezidenti Luiz İnaçio Lula Da Silva ilə görüşür. Braziliyanın dövlət başçısı İranın nüvə proqramına bəraət qazandıran bir neçə liderdən biridir. ABŞ-ın müdafiə naziri Robert Geyts deyib ki, İran Latın Amerikası ilə təxribatçı fəaliyyətlərlə məşğuldur.

Braziliya hesab edir ki, Tehranın təcridindənsə, nüvə sahəsində inkişaf və Yaxın Şərqdə sülh əldə edilməsi üçün İranla müzakirələrə üstünlük verilməlidir. Əhmədinejad Braziliyaya səfər edən ilk İran prezidentidir. Onun səfəri İsrail prezidenti Şimon Peresin bu ayın əvvəllərində həmin ölkəyə səfərindən sonra baş tutub.

Peres Braziliya qanunvericilərinə demişdi ki, İranın nüvə ambisiyaları və İsrailin məhvi çağırışlarına göz yumulmamalıdır.


XS
SM
MD
LG