Accessibility links

Rumıniyada ikinci raund prezident seçkiləri keçirilə bilər


Rumıniyada dünən keçirilən prezident seçkilərinin nəticələri göstərir ki, mərkəzçi prezident Trayan Basesku dekabrın 6-da ikinci raund seçkilərdə sosialist Mirka Qeoana ilə mübarizə aparacaq. Seçkinin 75 faizlik nəticələrinə görə, cənab Basesku səslərin 33 faizini əldə edib. Qeoana isə 30 faiz səs toplamağa müvəffəq olub. Mühafizəkar müxalifət lideri Krin Antonesku 20 faizlik dəstəklə 3-cü yerdədir. Cənab Antonesku çox ehtimal ki, Qeoanaya dəstək verəcək. Prezidentlik uğrunda mübarizədə onun dəstəyi əhəmiyyətlidir. Qeyd edək ki, Buxarest hökuməti oktyabr ayında Daxili İşlər Nazirliyinə nərazərlə bağlı hakim koalisiyanın iki partiyası arasında yaşanmış mübahisədən sonra dağılmışdı.
XS
SM
MD
LG