Accessibility links

Emin Milli və Adnan Hacızadənın həbsinə dair narahatlıqlar artır


İnsan hüquqları müdafiidəçiləri və beynəlxalq ictimaiyyətin bir sıra üzvü Azərbaycanın lider gəncləri Emin Milli və Adnan Hacızadənın 2 il yarım həbs cəzasına məhkum edilməsinə görə narahatlığını bildirir.

Alumni Şəbəkəsinin həmtəsisçisi Emin Milli və Ol gənclik hərəkatının koordinatoru Adnan Hacızadə vətəndaş cəmiyyətlərində qeyri-zorakılıqlar və tolerantlığı müdafiə edirdi. Onların hər ikisi də Facebook, Twitter və Youtube kimi internet saytlarında bəzən Azərbaycan rəsmilərinin tənqidi ilə siyasi və sosial şərhlər verirdi. Onlar kafedə iki şəxs tərəfindən fiziki zorakılığa məruz qaldıqdan sonra xuliqanizm ittihamı ilə həbs ediliblər. Həmin şəxslər onlara qarşı şikayətçi kimi çıxış edib. Polis idarəsinə şikayət üçün gedən Emin Milli və Adnan Hacızadə özləri günahlandırılıb.

ABŞ Dövlət Departamentinin sözçüsü İan Kelli məhkəmənin qərarını Azərbaycanın demokratik inkişaf yolunda geriləməsi kimi qimətləndirib. "Qeyri-şəffaf istintaq, bağlı qapılar arxasında məhkəmə dinləmələri və qeyri-proporsional ittihamlar,günahkarların cəzalandırılmaması kimi faktlar, polis və ədliyyə sisteminin qeyri-müstəqilliyi, habelə söz və ifadə azadlığının boğulması narahatlıqların artmasına səbəb olub"-deyə Dövlət Departamentinin sözçüsü bildirib.

Ian Kelli deyib ki, ABŞ son 4 ayda baş verənlərin Azərbaycanda ifadə azadlığının boğulmasına istiqamət verməyəcəyinə və apelyasiya yolu ilə məhkəmə prosesinin azad, ədalətli, şəffaf keçiriləcəyinə ümid bəsləyir . "Biz ümid edirik ki, bu qərar vətəndaş cəmiyyətlərini Azərbaycan xalqının layiq olduğu demokratik islahat yolundan çıkindirməyəcək"-deyə Dövlət Departamentinin sözçüsü Kelli bildirib.

Avropa Şurasının baş katibi Tubjern Yakland gənclərin mühakiməsinin Azərbaycanda söz azadlığı səylərinə soyuqluq gətirəcəyini bildirib. O, Azərbaycanın səlahiyyətli nümayəndələrini mətbuat və vətəndaş cəmiyyətləri, ictimai tənqidlərə qarşı mövqelərini nəzərdən keçirməyə çağırıb. Tubjern Yakland deyib ki, Azərbaycan Avropa Şurası və Avropa İnsan Haqları Konvensiyasının üzvü kimi öhdəliklərinə əməl etməlidir.

Amnesty İnternational gənc fəallara qarşı ittihamların uydurma olduğunu və onrlaın həbsinin arxasında yalnız ifadə azadlığının durduğunu bildirib. ABŞ isə öz növbəsində Azərbaycan hökuməti və xalqı ilə söz azadlığı və azad toplaşma da daxil edilməklə, demokratik islahatlar yolundan iş birliyinə sadiq qalır. Müasir, demokratik quruluşların dayağı siyasi təsirlərdən uzaq müstəqil ədliyyə sistemi və fəal vətəndaş cəmiyyətləridir.

XS
SM
MD
LG