Accessibility links

Azərbaycanda otuz mindən çox namizəd bələdiyyə seçkilərində iştirak edir


Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində 1718 bələdiyyəyə 15 682 üzv uğrunda 31 861 namizəd mübarizə aparacaq.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, səsvermə 118 seçki dairəsi üzrə 4813 seçki məntəqəsində keçiriləcək. Ölkədə seçicilərin ümumi sayı 4 milyon 590 min nəfərdir.
Onun sözlərinə görə, 35 076 nəfərin namizədliyi irəli sürülüb, onlardan 526 nəfər qeydiyyatdan sonra öz namizədliyini geri götürüb.
Seçkilərdə 30 siyasi partiyanın nümayəndələri iştirak edir, o cümlədən 18 partiya rəsmi olaraq öz namizədini irəli sürüb. Hakim “Yeni Azərbaycan” partiyasından 15 388 namizəd, “Ana vətən” partiyasından 120, Vətəndaş Həmrəyliyi Partiyasından 223, Müsavat Partiyasından 125, Demokratik Azərbaycan Dünyası Partiyasından 76, Sosial Rifah Partiyasından 8, Sosial-Demokrat partiyasından 1, Liberal-Demokrat Partiyasından 4, Müasir Müsavat Partiyasından 22, Demokratik İslahatlar Partiyasından 72, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından 238, Böyük Quruluş Partiyasından 385, Vətəndaş Birliyi Partiyasından 31, Vətəndaş və İnkişaf Partiyasından 1, Milli Demokrat Partiyasından 10 namizəd qeydə alınıb.
Qeydiyyata alınmış namizədlərin 14 647 nəfəri öz namizədliyini irəli sürüb, 147 nəfərin namizədliyi təşəbbüs qrupları tərəfindən irəli sürülüb. Daha 11 331 namizəd bitərəfdir.
Bu gün, noyabrın 25-də təşviqat kampaniyası başlayıb və dekabrın 22-də başa çatacaq.

XS
SM
MD
LG