Accessibility links

ABŞ-da donuz qripi hallarının azaldığı qeyd edilir


H1N1 epideniyasının ən qızğın çağında Texasda uşaq xəstəxanasında o qədər xəstə var idi ki, valideynlər üçün xüsusi çadır şəhərciyi salınmışdı. Bundan iki ay keçir və çadırlar yığışdırılıb, xəstəlik də səngiyib.

Del tibb mərkəzindən həkimlər deyir ki, o zaman xəstələrin 70 faizində donuz qripi olurdusa da, indi bu göstərici 10 faizə enib.

Birləşmiş Ştatların bir çox şəhələrində də H1N1 qripi hallarının sayının azaldığı müşahidə olunur. Qrip mütəxəssislər deyir ki, bu ilin yaz aylarında qripin yayıldığı şəhərlərdə indi qrip halları çox az qeydə alınır.

Birləşmiş Ştatların Xəstəliklərə nəzarət və onların qarşısının alınması mərkəzinin rəsmiləri deyir ki, virus hələ də yayılmaqdadır və ekspertlərin gözlədiyi bir şəkildə davranır.


“Virus hələlik dəyişmir. O nə daha da yoluxdurucu olub, nə də ki genetik olaraq dəyişməyib. Biz hələ də düşünürük ki, dövran etməkdə olan virusa qarşı ən yaxşı vasitə peyvənddir.”

Lakin Norveçdə alimlər bildiriblər ki, onlar üç xəstədə H1N1 virusunun mutasiya edən növünü aşlar ediblər. Xəstələrdən ikisi dünyasını dəyişib. Qripin bu növü çox ciddi keçir, lakin səhiyyət rəsmiləri mutasiya etmiş virusun geniş yayılmayacağını düşünürlər.

Xəstəliklərə nəzarət və onların qarşısının alınması mərkəzinin rəsmiləri bildirir ki, H1N1 virusuna yoluxmayan hər bir kəs peyvənd vurdurmalıdır. Onlar deyir ki, ABŞ-da xəstəliyə yoluxma halları azalsa da, hələ də ölkənin bir sıra yerlərində insanlar xəstələnməyə davam edir.

Doktor Enn Şuşat deyir ki, xəstəliyə yoluxma hallarının nə vaxta qədər davam edəcəyi məlum deyil, lakin mütəxəssislər qrip mövsümünün may ayına qədər davam edəcəyini bildirirlər.

Indi bayram mövsümü yaxınlaşır və həkimlər deyir ki, insanlar səyahətə çıxdığı zaman H1N1 qripinə yeni yoluxma halları müşahidə edilə bilər.

XS
SM
MD
LG