Accessibility links

Çində iki adam süd qalmaqalına görə edam olundu


Çində ən azı altı uşağın ölməsi və 300 min uşağın xəstələnməsi ilə nəticələnən keyfiyyətsiz süd qalmaqalında günahlandırılıan iki nəfər edam olunub. Rəsmi Şinhua xəbər agentliyi bildirir ki, Janq Yucun ictimai sağlamlığı təhlükə altına aldığına görə, Geng Cinpinq isə toksik ərzağı istehsal etdiyinə və satdığına görə edam ediliblər. Şinhua bildirir ki, Janq 800 ton melaminə bulaşmış zülal tozu istehsal edərək onun 600 tonunu indi müflisləşmiş Sanlu Qrupuna satıb. Həmin şirkət ölkənin əın iri süd məmulatları şirkəti idi. Bu ilin əvvəlində Sanlu qrupunun baş meneceri Tian Venhua daxil olmaqla 21 adam mühakimə edilmiş və məhkum olunmuşdu. Tian saxta və standartlara uyğun olmayan məhsulların istehsalı və satışında təqsirini boyununa aldıqdan sonra ömürlük həbs cəzasına məhkum edilib.
XS
SM
MD
LG