Accessibility links

İranın məşhur islahatçısı Məhəmməd Ətriyanfər zaminə buraxılıb


İranda iyun ayı prezident seçkilərinə qarşı kütləvi etiraz aksiyalarının təşkilində əli olmaq ittihamı ilə həbsdə olan məşhur islahatçı Məhəmməd Ətriyanfərin 500 min dollar zəmanət ödəniləndən sonra bu gün azad edildiyi bildirilir. İranın Ədliyyə Nazirliyinin rəsmiləri İranın Tələbə Xəbər Agentliyinə bildirmişlər ki, Ətriyanfər 6 il həbs cəzasına məhkum edilib və bu son qərar deyil.

Tehran Bələdiyyə Şurasının sabiq başçısı olan Ətriyanfər bir neçə qəzetə redaktorluq da edirdi.O, etiraz nümayişlərində iştirak etmək ittihamı ilə həbs edilən yüzlərlə sabiq dövlət rəsmisi, jurnalist və digər fəallardan biridir.


XS
SM
MD
LG