Accessibility links

Pakistan keçən il Mumbaydakı terror hücumunda əli olan 7 nəfərə hökm çıxarıb


Pakistan prokurorluğu keçən il Mumbayda 166 nəfərin ölümü ilə nəticələnən terror hücumunu planlaşdıran və həyata keçirilməsinə yardım edən 7 nəfərə hökm çıxarıb. İslamabaddan bir neçə km məsafədəki Pavalpindinin güclü mühafizə olunan həbsxanasında saxlanılan məhbusların yeddisi də bu gün günahsız olduqlarını bəyan etmişlər. Pakistan məhkəmə prosesini bağlı qapılar arxasında keçirmiş və ədliyyə rəsmilərinə əlavə məlumat verilməmişdir. Pakistan hökmü Hindistanın ticarət şəhəri Mumbayda həyata keçirilən hücumun birinci ildönümünə bir gün qalmış çıxarıb.

Müttəhimlərin vəkili Rajput Şahbaz Amerikanın Səsinə xaricdən təzyiqlər göstərildiyinə görə, hökmün tələsik çıxarıldığını deyib. O, Pakistanın müstəqil məhkəməsinin müttəhimlərin günahsız olduqları barədə qərar çıxaracağına ümid etdiyini bildirib.

Müttəhimlərin Pakistanda yerləşən Ləşkəre-Təibə qrupunun üzvləri olduğundan şübhələnilir. Həm Hindistan, həm də Pakistan qrupu terror aksiyalarının təşkilində günahlandırır.

XS
SM
MD
LG