Accessibility links

ABŞ prezidenti dünya müsəlmanlarını Həcc ziyarəti münasibəti ilə təbrik edib


ABŞ prezidenti Barak Obama dünya müsəlmanlarını Həcc ziyarəti münasibəti ilə təbrik edib. Ağ Evin mətbuat xidmətinin açıqladığı bəyanatda deyilir: "Mişel və mən bu il Həcc ziyarətində iştirak edən zəvvarları, dünya və Amerika müsəlmanlarını Eid-ül-Ədha münasibəti ilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram. Həcc ziyarəti dünyanın əsas üç dininin paylaşdığı ortaq İbrahim köklərinin bir daha yada salınmasıdır.Dünyada ən böyük tədbir olan Həcc ziyarəti zamanı aralarında minlərlə amerikalı müsəlman olmaqla 3 milyon insan Arafat dağında dua edəcək. Bundan sonra müsəlmanlar Qurban bayramını yoxsullara ərzaq paylamaqla, İbrahimin oğlunu qurban verməyə hazır olduğunu yad edəcəklər. Mən çox şadam ki, bu il Amerikanın Səhiyyə və Sosial Xidmətlər Nazirliyi Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi ilə bərabər ziyarət zamanı H1N1 virusunun yayılmasına mane olmaq üçün prafilaktiki tədbirlər görüb. Biz bu Həcc mövsümündə müsəlmanları Amerika xalqı adından təbrik etmək istəyirik. Eyd mübarək."

XS
SM
MD
LG