Accessibility links

Mumbayda həyata keçirilən terror hücumlarının ildönümü qeyd edilib


Mumbayda 166 nəfərin ölümü ilə nəticələnən terror hücumlarının ildönümü günü aksiya qurbanlarının xatirəsi sükutla yad edilib. Anım mərasiminin bir hissəsi kimi xüsusi təyinatlı polis dəstəsi yeni növ silahlarla və zirehli maşınlarla şəhərdə parad keçirib. Mumbayda həyata keçirilən terror hücumlarından sonra oradakı təhlükəsizlik qüvvələrinin zəif təlim keçmələri və şəhəri terror hücumlarından müdafiə etmək üçün lazımi silahla təmin edilməmələri kimi tənqidlərdən sonra 27 milyon dollarlıq silah alınıb.

Şəhər sakinləri terror aksiyasının qurbanlarının xatirəsini şam yandırmaq, dua mərasimləri təşkil etməklə yad edib. 2008-ci ilin noyabar yaının 26-da 10 nəfər silahlı şəxs Mumbayda iki mehmanxana və yəhudi mərkəzini hədəf almışdı.

XS
SM
MD
LG