Accessibility links

Illik Həcc ziyarəti güclü yağışlar və daşqınlarla müşayiət edilir


Illik Həcc ziyarəti Səudiyyə Ərəbistanında güclü yağışlar və daşqınlarla müşayiət edilir. Sellər yollarda tıxaclar və elektrikin kəsilməsinə səbəb olub. Pis hava şəraiti 900 adamın liman şəhəri Cəddədən müqəddəs Məkkə şəhərinə səfərinə maneə törədib.

2.5 milyon isnanın toplaşacağı mərasimdən əvvəl səlahiyyətli nümayəndələr donuz qripi virusunun yayılmaması və təhlükəsizliyin təmin edilməsi səylərini davam etdirir.

Səudiyyə Ərəbistanında artıq 4 zəvvar donuz qripi səbəbi ilə dünyasını dəyişib.

Səhiyyə Nazirliyi 67 adamın virusa yoluxduğunu təsdiq edib.

XS
SM
MD
LG