Accessibility links

Qurban bayramı ərəfəsində İraqda bomba hücumları artıb


İraq polisinin bildirdiyinə görə son iki gün ərzində ölkə boyu həyata keçirilən bomba hücumları azı 5 nəfərin ölümünə, 60-dan çoxunun yaralanmasınma səbəb olub. Hücumlardan biri bu gün Bağdaddan 45 km cənubdakı Mussayab şəhərinin ticarət mərkəzində həyata keçirilıb və nəticədə 2 nəfər ölüb, 26 nəfər yaralanıb. Yusufulla şəhərində isə maşına yerləşdirilmiş bombanın partlaması bir nəfərin ölümü, 10 nəfərin yaralanmasına səbəb olub. Hücumlar Qurban bayramından bir gün əvvələ təsadüf edir. Dünən şiələrin müqəddəs Kərbəla şəhərində həyata keçirilən bomba hücumları azı 2 nəfərin ölümünə, 25 nəfərin yaralanmasına səbəb olmuşdu.

XS
SM
MD
LG