Accessibility links

Bu gün ABŞ-da Şükran bayramı qeyd edilir


Bu gün ABŞ-da Şükran bayramı ənənəvi yemək ziyafətləri ilə qeyd edilir. Noyabr ayının hər sonuncu cümə axşamı günü bayram edilən Şükran ilin ən çox səyahət edilən bayramlarındandır. Bu gün bayram süfrələrini hind toyuğu, kartof və balqabaq piroqu kimi yeməklər bəzəyir.

ABŞ prezidenti Barak Obama bayram münasibəti ilə Amerika xalqını təbrik edib. Prezident gələn il Şükran bayramını amerikalıların yeni işlərə düzəlməklə qeyd edəcəklərinə ümid bəslədiyini bildirib. Dünən prezident Courage adlı hind toyuğunu əfv edərək, bişirilməkdən xilas edib.

XS
SM
MD
LG