Accessibility links

Dünya müsəlmanları Qurban Bayramını qeyd edir


Yüz minlərlə müsəlman Muzdalifada şeytanı daşa basmaqla illik Həcc ziyarətinin sonuncu ayinini icra ediblər. Bu ritual İslam təqviminin müqəddəs Qurban Bayramı ilə üst-üstə düşür. Dini bayram Allahın İbrahim peyğəmbərə oğlunu qurban verməsini dayandırmaq üçün ona qoç verməsi haqda müsəlman, xristian və yəhudilərin ümumi inancını əks etdirir. Qurban Bayramını qeyd edən müsəlmanlar bu gün qurban kəsir və yoxsullara ehsan paylayırlar. Həccin bu mərhələsi adətən ən təhlükəlisi olur. Belə ki, 2006-cı ildə Camarat körpüsündə baş verən basırıq nəticəsində 365 adam həlak olmuşdu.
XS
SM
MD
LG