Accessibility links

İranlı ruhani BMT agentliyini tənqid etdi


Yüksək rütbəli İran ruhanisi deyir ki, BMT nüvə agentliyi yanacaq verməkdən imtina etdiyi təqdirdə İslam Respublikası özünün zənginləşdirilmiş uranını istehsal edəcək. Ayətulla Əhməd Xatəmi şənbə günü bildirib ki, İranın Beynəlxalq Atom Enerjisi Agentliyinin yardımından asılı olmayaraq öz reaktorunu yanacaqla təchiz etməyə ixtiyarı var. Ruhani BMT agentliyini cümə günü qəbul etdiyi qətnaməyə görə sərt tənqid edib. O, qətnamənin texniki deyil, siyasi motiv daşıdığını deyərək BAEA-nın etimadını itirdiyini söyləyib. Xatəmi bu sözləri Tehran universitetində Qurban Bayramı münasibətilə söylədiyi xütbədə dilə gətirib.
XS
SM
MD
LG