Accessibility links

Müsəlmanlar illik Həcc ziyarətinin son rituallarını başa catdırır


Müsəlmanlar illik Həcc ziyarətinin son rituallarını başa catdırdıqdan sonra Səudiyyə Ərəbistanının Mədinə şəhərinə yola düşüb. Bu il 2 milyon insan Məhəmməd peyğəmbərin doğulduğu Məkkə şəhərinə toplaşmışdı. Məhəmməd peyğəmbər kimi zəvvarlar da Məkkədən Mədinəyə səfər edib.

Builki ziyarət zamanı ciddi insident qeydə alınmayıb. 2 milyon insanın toplaşdığı mərasimdən əvvəl səlahiyyətli nümayəndələr donuz qripi virusunun yayılmaması və təhlükəsizliyin təmin edilməsi səylərini gücləndirmişdi. Səudiyyə Ərəbistanında artıq 4 zəvvar donuz qripi səbəbi ilə dünyasını dəyişib.

XS
SM
MD
LG