Accessibility links

ABŞ Senatının Xarici Əlaqələr Komitəsi hesabat yayıb


ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin hesabatında bildirilir ki, Buş hakimiyyəti dövründə Amerika hərbçiləri 2001-ci ilin dekabr ayında Əfqanıstanda Üsamə Bin-Ladeni ya ələ keçirmək, və ya öldürmək imkanına malik idi.

Hesabatda Birləşmiş Ştatların xüsusi hərbi qüvvələri, Mərkəzi Kəşfiyyat Agentliyinin zabitəri və əfqan hərbi qüvvələrinin Əfqanıstanın Tora Bora dağlarında Əl-Qaidə lideri və onun müavini Eyman Əl- Zəvahirinin izinə düşdüyü bildirilir. Lakin müdafiə naziri Donald Rumsfeld və Birləşmiş Ştatların Ali hərbi komandiri general Tommi Franks həmin yerə əlavə hərbi qüvvələrin göndərilməsi tələbini rədd etmişlər.

Yüksək vəzifəli rəsmilər isə bildirmişlər ki, mağarada Bin Ladenin gizləndiyi barədə əsaslı dəlil yoxdur və əlavə hərbi qüvvələrin göndərilməsi ilə onlara qarşı müqavimət arta bilər. Birləşmiş Ştatların hərbçiləri daha çox hava hücumlarına üstünük vermişlər. Bu isə əfqan yaraqlıların və Bin-Ladenin Pakistana qaçmasına imkan yaratmışdı.

Hesabat Senatın Xarici Əlaqələr Komitəsinin rəhbəri, senator Con Kerrinin tələbi ilə hazırlanıb. Senator Tora Bora əməliyyatının coxdankı tənqidçisidir və seçkiqabağı kampaniyası zamanı bu məsələni dəfələrlə qaldırmışdı. Hesabat prezident Obamanın Əfqanıstana əlavə hərbi qüvvə göndərməsi ilə bağlı qərar verməsinə bir necə gün qaldığı vaxt açıqlanır.


XS
SM
MD
LG