Accessibility links

ABŞ-ın təhqiqat heyəti Çinin Şanxay şəhərinə yola düşüb


Amerika Birləşmiş Ştatlarının təhqiqat heyəti yük təyyarəsinin qəzaya uğramasının səbəblərini araşdırmaq üçün Çinin Şanxay şəhərinə yola düşüb.

Qəza nəticəsində təyyarənin komanda heyətindən 3 nəfəri həlak olub, 4 nəfər isə yaralanıb.Yaralananlara amerikalı, indoneziyalı, belçikalı və zimbabveli pilot daxildir.

MD-11 növlü Amerika istehsalı yük təyyarəsi dünən Şanxayın beynəlxalq hava limanında qəzaya uğrayıb. Təyyarə Zimbabvenin Avient şirkətinə məxsus idi. Qəza Şanxaydan Qırğızıstana yola düşən təyyarənin anbara dəyərək alovlanması ilə baş verib.

XS
SM
MD
LG