Accessibility links

İranın uran zənginləşdirilməsi üçün yeni 10 obyektin inşası planı Beynəlxalq Atom Enerjisi Agentliyinin qətnaməsinə cavab mahiyyəti daşıyır


İranın nüvə agentliyinin rəhbəri Əli Əkbər Salehi bildirib ki, uran zənginləşdirilməsi üçün yeni 10 obyektin inşası planı Beynəlxalq Atom Enerjisi Agentliyinin qətnaməsinə cavab mahiyyəti daşıyır.

Bu gün radio müraciəti zamanı cənab Salehi Tehranın uran zənginləşdirilməsi fəaliyyətlərinin dayandırılması cağırışlarına kəskin cavab verməli olduğunu bildirib. Salehi yeni obyektlərin hücumlardan müdafiə məqsədi ilə dağlarda inşa ediləcəyini və həmin obyektlərdə daha effektiv sentrifuqalardan istifadə ediləcəyini bəyan edib.

Fransanın xarici işlər naziri Bernard Kuşner İranın təhlükəli oyun oynadığını bildirib.

Ağ Ev sözçüsü Robert Qibbs İranın beynəlxalq öhdəlikləri ciddi şəkildə pozduğunu deyib.

XS
SM
MD
LG