Accessibility links

BMT-də təmsil olunmayan xalqların forumunda İran azərbaycanlılarının nümayəndəsi də iştirak edib


İşveçrənin Cenevrə şəhərində BMT-də təmsil olunmayanxalqların nümayəndələrinin iştirakı ilə forum keçirilib. Əməkdaşımız İnsafəli Hidayət Həmin tədbirdə iştirak edən Azərbaycan Diplomatik Konqrəsinin rəhbəri Əlirza Nəzmi Əfşarla söhbət aparıb.

Söhbət zamanı Nəzmi Əfşar deyib ki, 65-70 millət və ya təşkilatın iştirak etdiyi forumda bu xalqların yaşadığı dövlətlərin nümayəndələri də iştirak edirdi. O deyir ki, Cenevrədə keçirilən konfransa İrandan da bir çox xalqın nümayəndəsi qatılmışdı: “Ərəblərdən bir, kürdlərdən iki qrup, bəluclardan iki qrup, Lor və bəxtiyarılərdən nümayəndələr var idi. İran türk və azərbaycanlılarını isə mən təmsil edirdim”.

Cənab Əfşarın sözlərinə görə, forumda İrandan 3 yüksək vəzifəli rəsmi də iştirak edirdi. O deyir ki, xalqların nümayəndələri öz sözlərini deyir, rəsmi tərəf isə buna öz mövqeyini bildirirdi. Cənab Əfşarın sözlərinə görə İrandan olan millətlərin əsas tələbləri ölkənin idarəsində farslardan başqa millətlərə də imkan verilməsi idi. O deyir ki, İranda hakimiyyət bizim fars bacı-qardaşlarımızın inhisarındadır və bu vəziyyət dəyişməli başqa xalqar da ölkənin idarəsində iştirak etməlidir. Onun dediyinə görə İrandan olan millətlərin nümayəndələri bunu da tələb ediblər ki, ölkə hakimiyyəti İranın idarəsində diktaturluq və totalitar üsul və idarələri ya azaltsın ya da tam aradan götürsün. Cənab Əfşar qeyd edib ki, “Mənim orada iki tələbim var idi. Birinci bu idi ki, İran Konstitusiyasına əsasən vilayəti fəqih Osmanlı imperiyasında olan xəlifəlik sisteminə oxşar sistem yaradıb. Bu isə 21-ci əsrin tələblərinə cavab vermir”.

Əlirza Nəzmi Əfşarın sözlərinə görə, onların digər tələbləri İranda yaşayan azlıqların dil və başqa mədəni hüquqları ilə bağlı olub. “Hakimiyyət İranın çoxmillətli dövlət olduğunu qəbul etməli və xalqların azadlıqlarını təmin etməlidir”-deyə cənab Əfşar Amerikanın səsinə müsahibəsində bildirib.
XS
SM
MD
LG