Accessibility links

ABŞ qanunvericiləri prezident Obamanın Əfqanıstan strategiyası ilə bağlı debatlar aparır


ABŞ prezidenti Barak Obamanın sabah müraciəti zamanı Əfqanıstanda Amerika əsgərlərinin sayının artırılacağını elan edəcək. Amerika qanunvericiləri Əfqanıstanda ABŞ hərbi qüvvələrinin missiyasının genişləndirilməsinin necə maliyyələşdiriləcəyi məsələsi ətrafında debatlar aparırlar.

Amerikada işçi qüvvəsinin 10 faizini işsiz olduğu, ABŞ hökumətinin mbüdcə çatışmazlığının 2009-cu ildə 1,4 trilyona çatdığı, ölkədə səhiyyə islahatları kimi prioritet məsələlər ətrafında debatlar getdiyi bir vaxt sual sadəcə bundan ibarətdir: Birləşmiş Ştatların İraqda ağır hərbi yük daşıdığı zaman Əfqanıstanda əməliyyatları genişləndirmək imkanı varmı.

Vermont ştatından müstəqil senator Berni Sanders buna "xeyr" deyir.

"Biz 1930-cu illərdə Böyük Depressiyadan sonra ən pis iqtisadi tənəzzüldəyik. Orta sinif aradan gedir. Mən bütün dünya oturub, "ABŞ vergiödəyənləri və Birləşmiş Ştatların hərbi qüvvələrinin hamının görməli olduğu işi görməsi necə də yaxşıdır" dediyi halda, bu müharibənin genişləndirilməsi tərəfdarı deyiləm."

Sandersin dedikləri ABŞ-ın Əfqanıstanda missiyasının Amerikanın milli borcunun artması deyil, xüsusi müharibə vergiləri vasitəsilə maliyyləşdirilməli olduğunu deyən demokrat qanunvericilərin sözləri ilə üst-üstə düşür.

Lakin mərkəzçi demokratlar və respublikaçılar deyir ki, ağır xərclərə baxmayaraq, ABŞ hərbi ekstremizm və beynəlxalq terrorizm dövründə Əfqanıstanda müharibədə məğlub ola bilməz. Cənubi Karolina ştatından senator Lindsi Qraham.

"Bu, təkcə planetdə bir yer deyil. Bu, ruslar getdikdən sonra Talibanın Əl-Qaidə ilə əlbir olub, bu ölkəyə hücum edərək 3000 amerikalını öldürüb nəzarəti əlinə aldığı bir yerdir. Mən ümid edirəm ki, prezident bütün dünyaya, bizim əsgərlərə və qulaq asan hər bir kəsə deyəcək ki, bu, bir daha baş veməyəcək."

Graham əlavə edib ki, müharibə vergisi tətbiq etməkdənsə, Əfqanıstana fondlar üçün federal xərclər azaldılmalıdır.

İctimai rəy sorğuları ABŞ-da Əfrqanıstanda missiyaya dəstəyin azaldığını göstərir.

Amerikalıları Əfqanıstanda missiyaya dəstəyi davam etdirməyə təşvq etmək prezident Obama qaşısında çərşənbə axşamı çıxışı zamanı əsas prioritetlərdən biri olacaq. İndiana ştatından respublikaçı senator Riçard Luqarın sözlərinə görə, debatın iqtisadi kompnenetləri də nəzərə alınmalıdır.

"Biz nəhayət başqa ölkələr kimi, dünya boyu iqtsadi tənəzzül, büdcəmiz, iş yerləri və Amerikada tərəqqi kontekstində bunları nəzərə almalıyıq. Mən bunu ona görə qeyd edirəm ki, Birləşmiş Ştatlarda hərbi qüvvələr və əfqan döyüşçülərə təlim məqsədilə lazım olan maliyyənin ayırılması üçün buna Konqresdə siyasi dəstək lazımdır."

Luqar əsas diqqəti Əfqanıstana yönəltmək üçün səhiyyə islahatları ilə bağlı debatları dayandırmağı tövsiyə edir. Lakin tamamilə yəqindir ki, müharibə səyləri diqqəti prezident Obamanın mənsub olduğu Demokrat partiyasının solçu üzvlərini narahat edən daxili siyasət sahəsində təşəbbüslərdən kənarlaşdıra bilər.

XS
SM
MD
LG