Accessibility links

Avropa İttifaqının İnsan Hüquqları üzrə komissarı Tsxinvalidə həbsdə olan gürcü yeniyetmələrə baş çəkib


Avropa İttifaqının İnsan Hüquqları üzrə komissarı Tomas Hammerberq Tsixinvalidə Rusiyanın dəstəklədiyi separatçı Cənubi Osetiyada həbs edilmiş dörd gürcü yeniyetməyə baş çəkib.

Hammerberq yeniyetmələrin azad edilməsi üçün danışıqlar aparmaq məqsədilə keçən həftə Tbilisiyə səfər etmişdir.

14-17 yaşlarında olan yeniyetmələr noyabr ayının 4-dən Cənubi Osetiya rəsmilərinin bildirdiyinə görə, partlayıcı maddələr və qumbaralarla qeyri-qanuni olaraq de-fakto sərhəddi keçən zaman saxlanıılblar.

Tsxinvali məhkəməsində dinləmələr dekabrın 2-ə təyin edilib və Hammerberq orada iştirak edəcəyini deyib.

Avrop İttifaqının nümayəndəsi Cənubi Osetiya rəsmiləri və 2008-ci ildə Rusyia ilə münaqişədən sonra övladları ya həbs edilib, ya da itkin düşmüş osetiyalı analarla görüşüb. Hammerberq deyib ki, o, Gürcüstan və Osetiya tərəfləri ilə eyni halların araşdırılması və həlli mexanizmlərinin tapılması yolları üzərində işləyəcək.

Avropa İttifaqı bundan öncə dörd gürcü yeniyetmənin həbsini qınyaraq, hərbi münaqişələrdə uşaqlar üçün tətbiq edilən qanunlara əsasən onların dərhal azad edilməsinə çağırmışdı. Son ay ərzində Cənubi Osetiya və Abxaziyada sərhəddin pozulması halları ilə əlaqədar 25 gürcü saxlanılıb.

XS
SM
MD
LG