Accessibility links

Pekin İranla danışıqlara üstünlük verir


Çin bildirir ki, İranın nüvə proqramına dair mübahisələri həll etmək üçün daha çox sanksiya deyil, danışıqlar lazımdır. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Çin Çanqın Pekində keçirilən mətbuat konfransında dediyinə görə, məqsəd sanksiya deyil, məsələ dialoqlar vasitəsilə həll olunmalıdır. Bazar günü İran uranın zənginləşdirilməsi üçün Natanzda yeni 10 obyektin inşası planını açıqlamışdı. İranın nüvə agentliyinin rəhbəri Əli Əkbər Salehi bildirib ki, bu plan Beynəlxalq Atom Enerjisi Agentliyinin qətnaməsinə cavab mahiyyəti daşıyır.
XS
SM
MD
LG