Accessibility links

Beynəlxalq QİÇS günü


Bu gün Beynəlxalq QİÇS günü bütün dünyada qeyd edilir. QİÇS-in ən çox təsirinə məruz qalan Cənubi Afrika Respublikası virusla mübarizə məqsədi ilə yeni planın icrasına başlayıb. Ölkə prezidenti Ceykob Zumanın sözlərinə görə, hökumət daha çox QİÇS xəstəsini müalicə edəcək və HIV virusu testlərini genişləndirəcək. Cənubi Afrika Respublikasında 5.7 milyon nəfər QİÇS-ə səbəb olan HIV virusuna yoluxub. Dünyada isə 33 milyondan çox insan bu virusun daşıyıcısıdır. Çin bu gün homoseksuallar arasında virusun yayılması hallarının artmasından narahatlığını ifadə edib. Prezident Hu Cintao ictimaiyyəti HIV virusuna yoluxmuş insanları ayrı-seçkiliyə məruz qoymamağa çağırıb.
XS
SM
MD
LG