Accessibility links

Yeddi Təbrizli ağır həbsə məhkum oldu, ikisi bəraət aldı, üçünün işi  adi məhkəməyə göndərildi


Təbrizin üçüncü İnqilab Məhkəməsi 10 təbrizli siyasi və mədəni fəala müxtəlif hökmlər verdi. Bu hökmlərə əsasən, yeddi siyasi və mədəni fəal, zindana məhkum oldu, ikisi bəraət aldı və ikisinin işi adi məhkəməyə göndərildi. İnqilab Məhkəməsinin üçüncü şöbəsinin hakimi Əlinejadın qərarına görə, Fərdin və Mürtəza Muradpur qardaşların hər biri 3 il həbsə məhkum oldular.

Məhkəmənin qərarına görə Rəsul Bədəli 2 il, Arəş Eşqi, Cəlal Rəcəbzadə və Əmin Paşa Qarabağ 6 ay həbsə məhkum olublar. Hakim Nasir Bədəli və Behzad Sadiqiyana bəraət verib amma “İntizamati pozmaq” da ittiham edilən Vəhid Ağacani, Əmin Paşa Qarabağ və Arəş Eşqinin işini adi məhkəməyə göndərib.

Onlar İranın Məktəbləri və universitetləri açılan gün, Mayın 22-də (Xordadın biri) Təbrizin Şahgülündə tutulmuşdular. O gün, İran Azərbaycanında, Türkərin öz dillərində tədris olmamasına etiraz günü adlanıb və İran azərbaycanlıları siyasi və mədəni qruplar tərəfindən, etiraz nümayişinə çağırılmışdı.

Təhlükəsizlik Qüvvələri Şahgölü parkında toplananları dağıtmaq məqsədi ilə, gücdən istifadə etmiş, hətta onlara ateş açmışdılar. Bu ateş nəticəsində isə ən azı bir nəfər, Fərdin Muradpur adlı 18 yaşında bir cavan yaralanmışdı. Bir neçə adam isə nəzarət altına alınıb və İttilaat idarəsində sorğu-sual edilmişdilər. Fərdin Muradpura qarşı qanunsuz olaraq partlayıcı maddələr əldə etmək və onları düzəltmək, ölkənin əmniyyətini pozmaq üçün toplaşmaq və hökumət əleyhinə təbliğat aparmaq ittihamları irəli sürülmüşdü. Tutulanlardan, Əliriza Fərşi universitet müəllimi, Rəsul Bədəli doktorluq namizedi və Mürtəza Muradpur da universitet tələbəsidir. Onların mühakimələri ələni (açıq) deyildi amma Hüseyn Cidari, Səməd Əhmədli, Həmidreza Forqani, Cavid Hutən, İlahe Xanım İyzədi, Məniyjə xanım Cinani onların vəkilləriydilər.

Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Cəmiyəti də (ADAAP) yaydığı məlumatda bu xəbərləri təsdiq edib. Məlumatda deyilir ki, Fərdin yaralanıb xəstaxanaya aparılandan sonra onun valideynləri və bir qardaşı, əmniyyət məmurları tərəfindən girov saxlanılıb və daha sonra həbsə salınıb. Sonra isə onlara qarşı ailəliklə, qanunsuz olaraq partlayıcı maddələri əldə etmək və düzəltmək ittihamları irəli sürülüb. ADAAP-ın məlumatında həmin maddələrin partlayıcı maddə yox, ateşfəşan olduğu irəli sürülür.

XS
SM
MD
LG