Accessibility links

İran müxalifətçisi doqquz il azadlıqdan məhrum edilib


Iranın tanınmış iqtisadçısı və islahatyönümlü Sərmayə adlı qəzetin redaktoru Səid Laylaz prezident Mahnud Əhmədinejadın yenidən prezident seçilməsinə etiraz etmək ittihamı ilə 9 il həbs cəzasına məhkum olunub.

Laylazın vəkili Mahmud Əlizadə Fars xəbər agentliyinə bildirib ki, tanınmış siyasi şərhçi Səid Laylaz müxalifətin nümayişlərində iştirak etməkdə və məlumatı saxtalaşdırmaqda ittiham olub.

Sərmayə qəzeti hökumətin iqtisadi- siyasətini tənqid etdiyinə görə keçən ay hökumət onun nəşrini qadağan etmişdi.

Xəbərlərədə həmçinin qeyd edilib ki, İranın inqilab məhkəməsi müxalifət lideri Hüseyn Müsəvinin qaynı Şahpur Kazımini cənab Mahmud Əhmədinejadın ikinci dəfə prezident seçilməsinə görə, müxalifətin təşkil etdiyi etiraz nümayişlərində iştirak etmək ittihamı ilə bir il müddətinə azadlıqdan məhrum edib.

Hökumət iyunda keçirilən mübahisəli prezident seçkilərindən sonra müxalifətin 100-dən çox fəalını həbs edib.

XS
SM
MD
LG