Accessibility links

Bəzi əfqanlar qoşun artımına skeptik yanaşır


Əfqanıstan hökuməti ABŞ-ın bu ölkəyədəki müharibə ilə bağlı yeni strategiyasını müsbət qarşılasa da, əfqanların heç də hamısı düşünmür ki, Birləşmiş Ştatlar əlavə qüvvələr göndərməklə Talibanı məğlub edə biləcək. Əfqanıstanın xarici işlər naziri Ranqin Dadfar Spantanın sözlərinə görə, Vaşinqtonun əlavə 30 min qüvvə göndərməsi Əfqanıstanın və ABŞ-Əfqanıstan münasibətlərinin gələcəyi üçün çox vacibdir. Ancaq bəzi əfqanlar deyir ki, ölkəyə əlavə qoşun yox, əlavə maliyyə vəsaiti lazımdır. Onların bildirdiyinə görə, Əfqanıstanda beynəlxalq qüvvələrin artması Talibanın məğlubiyyətinə yox, onların Pakistanın sərhəd regionuna qaçmasına səbəb olacaq. Brüsseldə NATO baş katibi Anders Fog Rasmussen deyib ki, NATO ölkələrinin Əfqanıstana ən azı əlavə 5 min qüvvə göndərməsi gözlənilir.
XS
SM
MD
LG