Accessibility links

İranda həbs edilən britaniyalı yaxtaçılar azad edildi


İran rəsmiləri keçən həftə İran körfəzində həbs edilən 5 britaniyalını azad edib. İranın İnqişab Şurasının bəyanatında deyilir ki, tədqiqatdan sonra onların su sərhədini qeyri-qanuni keçməsində bir yanlışlıq olduğu bəlli olub. Saxlanılanların azad buraxılmasını təsdiq edən Böyük Britaniyanın Xarici Əlaqələr İdarəsi bildirib ki, yaxtaçılar beynəlxalq sulara buraxılıb və onların Dubaya istiqamət alacağı gözlənilir. İran hərbi dəniz qüvvələri noyabrın 25-də yarış üçün Bəhreyndən Dubaya gedən britaniyalı yaxtaçıları həbs etmişdi.
XS
SM
MD
LG