Accessibility links

Avropa dövlətləri və NATO Barak Obamanın qərarını alqışlayır


Prezident Barak Obamanın Taliban və Əl Qaidə yaraqlıları ilə mübarizə aparmaq üçün Əfqanıstana əlavə 30000-dən çox hərbi qüvvə göndərməsi qərarı Avropa ölkələri və NATO tərəfindən müsbət qarşılansa da adi insanların müharibəyə münasibətlərini dəyişməyib. Prezident Obamanın uzun zamandır gözlənilən qərarı Əfqanıstanda hərbi qüvvələrinin sayı çox olan Britaniyada xüsusi reaksiya doğurub.

“Mən baş komandan kimi bizim xalqın maraqlarını əks etirən, Əfqanıstana əlavə 30000 ABŞ hərbi qüvvəsi göndərilməsi qərarına gəldim.” –deyə, ABŞ prezidenti bildirib və əlavə edib ki, əsgərlər 18 aydan sonra vətənə qayıdacaqlar.

Britaniyanın baş naziri Qordon Braun bu gün Aşağı Palatada çıxışı zamanı bu qərarı alqışlayaraq, Birləşmiş Ştatların Əfqanıstandakı ordusunun sayının 100 000-ə çatdığını deyib. Britaniyanın Əfqanıstanda 9 500 hərbi qüvvəsi qulluq edir ki, buraya xüsusi hərbi dəstələr də daxildir. Cənab Braun bu həftə oraya əlavə 500 hərbçi göndəriləcəyinə söz verdi. Əfqanıstanda təkcə ABŞ və Britaniyadeyil, NATO qüvvələri daxilində 40-dan çox ölkənin hərbçiləri xidmət edir.

NATO-nun baş katibi Anders Fog Rasmussen də prezident Obamanın qərarını alqışlamış və bunun təkcə ABŞ-ın missiyası deyil, NATO komandanlığı altındakı 43 ölkənin də missiyası olduğunu deyib.


XS
SM
MD
LG