Accessibility links

Mahmud Əhmədinejad:İran uran zənginləşdirilməsi prosesini davam etdirəcək


İran prezidenti Mahmud Əhmədinejad deyib ki, İran qərbin prosesi dayandırmaq tələbinə baxmayaraq, uran zənginləşdirməyə davam edəcək. Bu gün çıxışı zamanı cənab Əhmədinejad deyib ki, İran 20 faizə qədər zənginləşdirilmiş uran istesah edəcək.

Tehran BMT-nin nüvə agentliyinin az səviyyədə zənginləşdirilmiş uranın prosesdən keçirilməsi üçün xarici ölkəyə göndərmək haqda təklifini rədd etmişdir. Plan qərb ölkələrinin İranın nüvə silahı istehsalında istifadə edilə biləcək səviyyədə uran zənginləşdirməsilə bağıə narahatlıqlarını azaltmaq məqsədilə hazırlanmışdı.

BMT-nin Beynəlxalq Atom Enerjisi agentliyi keçən həftə İranın uran zənginləşdirilməsi məqsədilə ikinci obyekt inşa etdiyinə görə qınamışdır. Tehran buna daha 10 uran zənginləşdirən obyekt inşa edəcəyilə cavab vermişdi.


XS
SM
MD
LG