Accessibility links

ABŞ qanunvericiləri prezident Obamanın Əfqanıstanda yeni strategiyasına qarışıq reaksiyalar verib


ABŞ qanunvericiləri prezident Obamanın Əfqanıstanda yeni strategiyasına müxtəlif reaksiyalar veriblər. Prezidentin özünün mənsub olduğu partiyanın bəzi üzvləri də daxil olmaqla, qanunvericilərin bir hissəsi Əfqanıstana əlavə Amerika əsgərlərinin göndərilməsindən narahatlıqlarını ifadə ediblər.

Respublikaçı və demokrat qanunvericilər bildirirlər ki, onların seçiciləri ölkə daxilində həllini gözləyən məsələlər olduğu halda, Birləşmiş Ştatların Əfqanıstanda mövcudluğunu nəyə görə artırdığını sual edirlər.

Lakin respublikaçı senator Con Makkeyn prezidentin Əfqanıstana əlavə otuz min əsgər göndərmək qərarını alqışlayıb.

XS
SM
MD
LG