Accessibility links

İran BMT nüvə agentliyinə az məlumat verəcək


İranın nüvə rəsmisi deyir ki, Tehran uran zənginləşdirmə obyektləri ilə bağlı BMT nüvə agentliyinə cüzi məlumat verəcək. İran dövlət mətbuatının rəsmiyə istinadən verdiyi məlumata görə, ölkə zənginləşdirmə zavodları işə düşəndən ilk 6 ay müddətində Beynəlxalq Atom Enerji Agentliyinə heç bir məlumat verməyəcək. BMT-nin nüvə agentliyi bu yaxınlarda İranın nüvə fəaliyyətlərinə etimadsızlıq və artmaqda olan şübhələrlə bağlı səsvermə keçirib. Beynəlxalq Atom Enerjisi Agentliyinin icraçı heyəti bu gün Vyanada İranı bu yaxınlarda aşkar edilən uran zənginləşdirmə obyektinin tikintisini dayandırmağa çağıran qətnamə qəbul edib.
XS
SM
MD
LG