Accessibility links

Həbsxanada jurnalistin səhhəti pisləşib 


“Bizim Yol” qəzetinin həbsdə olan müxbiri Müşfiq Hüseynovun səhhəti pisləşib. Vərəm xəstəsi olan jurnalistin atası Tofiq Hüseynov bu gün keçirdiyi mətbuat konfransında - ölkə prezidentini, ictimaiyyəti və beynəlxalq təşkilatları oğlunun həbsdən azad edilməsinə yardım etməyə çağırıb.
Müşfiq Hüseynov 2008-ci ilin yanvarında Cinayət Məcəlləsinin rüşvət alma maddəsi ilə 5 il müddətinə həbs edilib. Jurnalist tənqidi yazılarına görə həbs edildiyini bildirib. Jurnalistin atası oğlunun həbsə məhkum edildikdən öncə də vərəmdən əziyyət çəkdiyini deyir.
Jurnalistin bacısı Dilbər xanımın dediyinə görə, Müşfiq Hüseynov artıq iki aydır ki, Ədliyyə nazirliyinin müalicə müəssisəsində müalicə olunur. Ancaq müalicə effekt vermir.
Penitensiar xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov jurnalistin ağ ciyər vərəmi olduğunu təsdiq edib. Onun dediyinə görə, Müşfiq Hüseynov Beynəlxalq Qırmızı Xaç Komitəsinin proqramına uyğun olaraq müalicə kursu keçir və belə xəstələrin müalicəsi bir neçə aya mümkün deyil.

XS
SM
MD
LG