Accessibility links

Bakının Nardaran qəsəbəsində sakinlər yolu bağlayıb


Dekabrın 4-də axşam Bakının Nardaran qəsəbəsinin sakinləri elektrik enerjisinin kəsilməsinə etiraz olaraq aksiya keçirir.
Turan Agentliyinin məlumatına görə, Nardaranda artıq 2 gündür ki, işıq yoxdur.
Minə yaxın sakin qəsəbənin mərkəzindəki meydana toplaşaraq, elektrik enerjisi verilməsinin bərpasını tələb edir. Etirazçılar avtomobil təkərlərini yandırmaqla soyuqda qaldıqlarını nümayiş etdirir.
«Bakıelektrikşəbəkə» İstehsalat Birliyinin enerji paylayıcı şirkətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, qəsəbədə elektrik enerjisi sakinlərin «aylardır yığılan borcları ilə» əlaqədar kəsilib. Onun sözlərinə görə, Nardaran qəsəbəsində abunəçilərə «bir neçə dəfə xəbərdarlıq edilib və hətta xahiş olunub ki, borclarını ödəsinlər».

XS
SM
MD
LG