Accessibility links

ABŞ Dövlət Departamentinin rəsmisi Azərbaycandadır 


ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya İşləri Bürosunun Qafqaz və Regional Münaqişələr İdarəsinin direktoru Etan Qoldriç Azərbaycanda işgüzar səfərdədir.
ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, cənab Qoldriç ABŞ - Azərbaycan münasibətlərinin inkişafı ilə bağlı hökumət, qeyri-hökumət təşkilatları və işgüzar dairələrdə görüşlər keçirir.
“Azərbaycanda əsas insan hüquqları sahəsində vəziyyət pisləşir”. Bu barədə Hüquq-Müdafiə Təşkilatları Monitorinq Komitəsinin üzvləri Novella Cəfəroğlu və Səidə Qocamanlı ABŞ Dövlət Departamentinin Qafqaz münasibətləri və regional münaqişələr ofisinin direktoru Etan Qoldriçlə görüşündən sonra bildirib.
Hüquq müdafiəçiləri cənab Qoldriçlə görüşdə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin, blogerlər Emin Milli və Adnan Hacızadənin həbsi, Neftçilər prospektində yerləşən binadan sakinlərin çıxarılması barədə məlumat verib.
Etan Qoldriç bu ilin avqustunda ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya İşləri Bürosunun Qafqaz və Regional Münaqişələr İdarəsinin direktoru təyin edilib. Səfər Cənubi Qafqaz ölkələrinə turne çərçivəsində həyata keçirilir.

XS
SM
MD
LG