Accessibility links

Ali Məhkəmə müxalifət lideri Aunq San Syu Kyunun apelyasiya müraciətinin dinlənməsinə razılıq verib


Birmanın Ali Məhkəməsi ev dustaqlığı hökmü ilə bağlı müxalifət lideri Aunq San Syu Kyunun apelyasiya müraciətinin dinlənməsinə razılıq verib. Ali Məhkəmənin bu gün açıqladığı bəyanatda Nobel mükafatı laureatı Aunq San Syu Kyunun apelyasiyasının dinlənməsinin dekabr ayının 21-ə təyin edildiyi bildirilir.

Xanım Kyu may ayında onun Ranqundakı evi yaxınlığındakı çayı üzüb keçən bir amerikalının evinə girməsinə icazə verməkdə ittiham edilərək, avqust ayında həbs edilmiş və əlavə 18 ay ev dustaqlığına məhkum edilmişdi. Bu müddət isə onun gələn il keçiriləcək seçkilədə iştirak etməsinə imkan verməyəcək. Aunq San Syu Kyu həyatının son 20 ilinin 14-ü müxtəlif formalarda dustaqlıqda keçirib.

XS
SM
MD
LG