Accessibility links

NATO qüvvələri Əfqanıstanda yeni əməliyyata başlayıb


ABŞ ordusunun bildirdiyinə görə, əsasən amerikalılardan ibarət mindən çox NATO əsgəri Əfqanıstanın cənubunda Talibanın əsas istehkamına qarşı yeni hücuma başlayıb. Ordu rəsmiləri deyib ki, Helmənd vilayətində heyata keçirilən əməliyyatlarda əfqan qüvvələri də iştirak edir. Əməliyyat Helmənd vilayətinin Nov Zad vadisindən yaraqlıları təmizləmək və minalar, yolkənarına yerləşdirilmiş bombalar və başqa partlayıcı maddələri aşkarlamaq məqsədi daşıyır. Xatırladaq ki, 3 gün əvvəl ABŞ prezidenti Barak Obama Əfqanıstana əlavə 30 min qüvvə göndəriləcəyinə söz verib.
XS
SM
MD
LG