Accessibility links

Rusiyada gecə klubunda yanğın nəticəsində 109 adam ölüb


Rusiya rəsmiləri Perm şəhərində 109 adamın ölümülə nəticələnmiş yanğının baş verdiyi gecə klubunun sahibi və menecerini həbs ediblər.

Rəsmilərin sözlərinə görə, klubun sahibləri təhlükəsizlik texnikası qaydalarını pozublar.Onlar klubun menecerlərinin təhlükəsizlik standartlarını əməl etmək haqda xəbərdarlıqlarıa əhəmiyyət vermədiklərini bildirirlər.

Hadisə baş verən zaman gecə klubunda təxminən 200 nəfərin adamın olduğu bildirilir. Yanğın klubun plastik tavanı atəşfişanlıq nəticəsində alışdıqdan sonra başlayıb. Azı 134 adamın yaralandığı xəbər verilir.

Regional İctimia təhlükəsizlik nazirliyindən İqor Orlov hadisənin pirotexnika effektləri nəticəsində baş verdiyini deyir.O bildirib ki, Federal Təhlükəsizlik Xidmətinin ilkin məlumatına görə, burada partlayış deyil, yanğın baş verib.

Bir çoxları keçən həftə Moksvadan Sank Peterburqa gedən qatarda bomba partlayışından sonra insidentin terrorçuların işi olduğunu düşünürdü.

Rusiya prezidenti Dmitri Medvedev hadisəyə görə məsuliyyət daşıyanların ünvanına ağır sözlər işlədərək onların “nə ağlı, nə də vicdanı olmadığını” deyib.

Rusiyanın fövqəladə hallar, daxili işlər və sosial inkişaf nazirləri hadisənin nəticələrinin aradan qaldırılması üçün səyləri koordinasiya etmək məqsədilə Permdədirlər.




XS
SM
MD
LG