Accessibility links

Hindistanın baş naziri Kopenhagen konfransında iştirak edəcək


Hindistanın Baş naziri Manmohan Sinqin ofisi onun BMT-nin Kopenhagendə iqlim dəyişikliyi ilə əlaqədar konfransda iştirak edəcəyini bildirib.

Hindistan dünyada qlobal istiləşmənin əsas səbəbi kimi göstərilən karbon dioksid tullantılarının havaya ən çox atıldığı ölkələrdən biridir.

Hökumət bu yaxınlarda 2005-ci ildəki səviyyə ilə müqayisədə 2020-ci ilə qədər havaya atılan tullantıların həcmini 20-25 faiz azaltmağa söz verib.

ABŞ prezidenti Barak Obama Kopenhagenə dekabrın 18-də səfər edərək, əvvəlcədən planlaşdırıldığı kimi, konfransın başlanğıcı deyil, tədbirin sonunda iştirak edəcək.

Ağ Evin mətbuat katibi Robert Gibbsin sözlərinə görə, prezident inanır ki, ABŞ-ın liderliyi konfransın bütün digər dünya liderlərinin qatılacağı son iclaslarında daha məhsuldar olacaq.

Dünyanın 100-dən çox liderinin Kopenhagendə BMT-nin iqlimə dair konfransında iştirak edəcəyi gözlənilir.

Danışıqların diqqət mərkəzində havaya atılan tullantıların azaldılması və dünyanın inkişaf etməkdə olan ölkələrinə iqlim dəyişikliyi məsələsində yardım göstərmək haqda razılaşmaların əldə edilməsi olacaq.

XS
SM
MD
LG