Accessibility links

ABŞ elçisi Şimali Koreyaya gedir


ABŞ-ın Şimali Koreya üzrə elçisi Pxenyanda kommunist dövlətini altıtərəfli danışıqlara baykotuna son qoymağa inandırmaq üçün yolüstü Cənubi Koreyaya gəlib. Stefen Bozvört çərşənbə axşamı təkbətək görüş üçün Şimali Koreyaya yollanacaq. Bu, ABŞ prezident Barak Obama yanvar ayında prezidentliyə başladıqdan bəri Vaşinqtonla Pxenyan arasında ilk birbaşa təmas olacaq. Şimali Koreya aprel ayında keçirdiyi raket sınağına beynəlxalq ictimiayyətin tənqidlərinə cavab olaraq altıtərəfli danışıqları tərk etdikdən uzun müddət sonra ABŞ-la birbaşa danışıqlara can atırdı. Vaşinqton bəyan edib ki, o, Şimali Koreya ilə yalnız altıtərəfli danışıqlar bərpa olunduğu təqdirdə birbaşa danışıqlar paracaq.
XS
SM
MD
LG