Accessibility links

ABŞ müdafiə naziri: Osama bin Ladenin harada olduğu bilinmir


Birləşmiş Ştatların müdafiə naziri Robert Geyts ABC televiziya kanalına verdiyi müsahibədə deyib ki, ABŞ Əl-Qaida lideri Osama bin Ladenin illərdir harada olduğu barədə yaxşı kəşfiyyat məlumatına malik deyil. Nazir deyib ki, Birləşmiş Ştatlar bin Ladenin harada olduğu barədə dəqiq məlumat toplaya bilsə, onu tutmaq üçün dərhal əməliyyata başlayar. Birləşmiş Ştatlar və müttəfiqlərin hərbi rəsmiləri bin Ladenin Pakistan və Əfqanıstan arasındakı dağlıq ərazilərdə gizləndiyinə inandıqlarını bildirirlər. Bu arada NATO rəsmiləri xəbər verir ki, Əfqanıstan ordusu və beynəlxalq hərbi qüvvələr Qəndəhar vilayətində talibanın bir komandirini və məntəqədə bir sıra bomba hücumlarına görə məsuliyyət daşıyan başqa yaraqlıları yaxalayıblar.

XS
SM
MD
LG