Accessibility links

ABŞ prezidenti Barak Obama və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Ağ Evdə görüş zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər


ABŞ prezidenti Barak Obama rəsmi Vaşinqton NATO üzvlərindən Əfqanıstana əlavə əsgəri qüvvə göndərməsini istədiyi bir vaxt dünən Ağ Evdə Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğanı qəbul edib.

Prezident Obama və Baş nazir Ərdoğan arasında danışıqların diqqət mərkəzində Əfqanıstanla yanaşı, İraqda vəziyyət, Yaxın Şərq sülh prosesi, Ermənistanla münasibətlərin yaxınlaşması, Kipr probleminin həlli və regional enerji məsələləridə olub.

Görüşdən sonra ABŞ prezidenti və Türkiyənin baş naziri mətbuat üçün açıqlamalar verdilər.

Türkiyəyə aprel ayında səfəri zamanı göstərilən qonaqpərvərliyə təşəkkür edən cənab Obama baş nazir Ərdoğanın Əfqanıstan məsələsində dəstəyini xüsusi qeyd etdi.

“Bir çox məsələləri müzakirə etdik. Əfqanıstan məsələsində Türkiyənin və Türkiyə xalqının dəstəyinə görə baş nazir Ərdoğana təşəkkürümü bildirdim. Həftə sonu keçirələcək seçkilərdən sonra İraqda təhlükəsizlik sahəsində görüləcək işlər haqda da danışdıq. Regional məsələlərdə İranın nüvə proqramını da müzakirə etdik.”

Cənab Obama deyib ki, Ankara İranın Tehranın nüvə proqramı ətrafında mübahisələrin həlli istiqamətində addım atmasına kömək etməkdə mühüm rolu oynaya bilər.

Prezident Obama bildirdi ki, o və baş nazir Ərdoğan terrorizmin harada mövcud olmasından asılı olmayaraq ona qarşı mübarizə aparmaq işində birgə öhdəlikləri bir daha təkidlə dilə gətiriblər. O, son terror hücumuna görə Türkiyəyə başsağlığı çatdırdığını və bu sahədə iki ölkənin görə biləcəyi işləri müzakirə etdiklərini bildirdi.

Türkiyənin dini azlıqların siyasi prosesdə iştiraki kimi çətin bir məsələdə atdığı addımları alqışladığını deyən ABŞ prezidenti iki ölkə arasında əlaqələrin gələcəyinə ümidlə baxdığını bəyan etdi.

O dedi ki, bu əlaqələr təkcə, NATO, hərbi məsələləri əhatə etmir, burada iqtisadi əməkdaşlığın gücləndirilməsi də yer alır. Ölkələr arasında ticarət əlaqələrinin inkişafı üçün rəsmilərin, ticarət bankları və nümayəndələrin geniş əməkdaşlıq aparacağını bildirən cənab Obama tərəflər arasında ticarət sahəsində geniş əməkdaşlıq potensialının olduğuna inandığını deyib.


“Türkiyə çox böyük bir ölkədir və ətrafındakı ölkələrə də təsir edən bir ölkədir. Belə bir ölkə ilə dosluğa və Baş nazirlə şəxsi dostluğumdan çox məmnunam.”-deyə cənab Obama sözlərini bitirdi.

Baş nazir Ərdoğan öz növbəsində prezident Obamaya qonaqpərvərliyə görə təşəkkür edərək ABŞ prezidentinin ilk səfərini Türkiyəyə etməsi və iki ölkə arasında əlaqələri model əməkdaşlıq adlandırmasını xüsusi qeyd etdi.

O, tərəflər arasında əlaqələrdə inkişafların müşahidə edildiyini bildiridi. Cənab Ərdoğan ABŞ və Türkyə arasında əlaqələrin genişləndirilməsi məqsədilə xüsusi nümayəndələrin təyin edildiyini bildirdi. O, İraq, Əfqanıstan, Yaxın Şərq problemlərinin həllində əməkdaşlığın davam etdiyini deyərək, Əfqanıstanda təlim işləri və başqa fəaliyyətlərin müzakirə olunduğunu bəyan etdi.

"Başqa mühüm məsələ isə enerji məsələsidir. Enerji sahəsində Türkiyə tranzit ölkədir. Nabukkonun imzalandı və biz indi ciddi addımlar artıq atmağa hazırıq. Azərbaycanla danışıqları davam etdiririk. Bu məsələdə yaxşı nəticələr əldə edəcəyimzə inanıram. Azərbaycanla bərabər orada Statoil, Total və British petroleum kimi əhəmiyyətli şirkətlər var."-deyə baş nazir Ərdoğan bəyan etdi.

O, ABŞ prezidenti ilə danışıqlar zamanı Azərbaycan -Ermənistan münaqişəsinin geniş müzakirə edildiyini bildirdi.

“Təbii ki, Azərbaycan-Ermənistan münaqişəsini müzakirə etdik, bu olduqca böyük önəm daşıyır. Bu, Türkiyə-Ermənistan münasibətləri baxımından önəmlidir. Minsk Qrupu çərçivəsində ABŞ, Rusiya və Fransanın vasitəçilərinin görəcəyi işlər və fəaliyyətlərinin daha da intensivləşdirməsi haqda fikir mübadiləsi apardıq. Minsk qrupunun səylərində inkişafın əldə edilməsinin ümumilikdə prosesdə inkişafa gətirib çıxaracağına inanıram. Çünki Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması bu prosesidən çox asılıdır. Türkiyə administrasiyası kimi biz bu prosesdə irəliləyişə nail olmaq əzmindəyik. ”

“Zaman düşmən qazanma yox, dost qazanma zamanıdır.”-deyən baş nazir Ərdoğan “Biz dostluq münasibətlərini davam etdirəcəyik.”-deyə fikrini tamamladı.

Müxbirlərin suallarına cavab verən baş nazir Ərdoğan PKK-ya qarşı mübarizə məsələsində ABŞ-la əməkdaşlığın davam etdiriləciyini bildirdi. O, hər iki ölkənin bu təşkilatı terrorçu təşkilat kimi tanıdığını vurğuladı.


Türkiyə Əfqanıstanda öz hərbi kontingentini 1750 nəfərə çatdırıb, lakin Birləşmiş Ştatların əsgərlərin döyüşələrdə iştirakı xahişini müqavimətlə qarşılayıb.

XS
SM
MD
LG