Accessibility links

Bakıda kiber təhlükələr müzakirə edilir


Bakıda Azərbaycan Xarici İşlər Nazirliyi və Azərbaycan NATO Beynəlxalq Məktəbinin (NİSA) birgə təşkilatçılığı ilə "Kiber təhlükəsizlik" mövzusunda növbəti sessiya açılıb.
NATO-ya üzv və tərəfdaş ölkələrin nümayəndələrinin iştirak etdiyi forumda dövlət və strateji əhəmiyyətli veb-səhifələrə hücumlar və bunun aktuallığı ilə bağlı məsələlərə toxunulub.
Natiqlər kiber dünyası, kiber hədələrin təşkilati və fərdi səviyyəsi, NATO-nun kiber siyasəti və informasiya təhlükəsizliyi və Avropa təcrübəsi ilə bağlı məsələlərə toxunublar. Çıxışlarda həmçinin Rusiya-Gürcüstan müharibəsi zamanı kiber təhlükəsizlik və Estoniya veb-saytlarına kiber hücumlar diqqətə çatdırılıb.

XS
SM
MD
LG