Accessibility links

Barak Obama yeni iş yerlərinin yaradılması ilə bağlı təkliflər paketini açıqlayıb


ABŞ prezidenti Barak Obama yeni iş yerlərinin yaradılması ilə bağlı təkliflər paketini açıqlayıb. İşsizliyin 10 faizdən artıq olduğu bir vaxt prezident kiçik bizneslərin vergilərinin ixtisarını və hökumətdən kredit alan şirkətlərin xərclərinin azaldılmasını təklif edib.

Barak Obama ötən illər ərzində işlərin 65 faizini kiçik bizneslərin təmin etdiyini bildirib.

Vaşinqton çıxışı zamanı ABŞ dövlət başçısı enerjiyə qənaət edən evlərin sahiblərinə ödədikləri vergilərin bir hissəsinin qaytarılmasını təklif edib.


XS
SM
MD
LG